"Çelsi" 21 yaşlı futbolçunu transfer etdi - RƏSMİ

22:22 - 2 Avqust 2026

"Çelsi" Argentina millisinin və "Strabsurq"un yarımmüdafiəçisi Valentin Barkonun transferini rəsmən açıqlayıb.

Sportal.az xəbər verir ki, transferin maliyyə detalları açıqlanmasa da, 22 yaşlı futbolçu London klubu ilə 2033-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, “Çelsi” və “Strasburq” eyni sahibə – "BlueCo" konsorsiumuna məxsusdur.

Barko ötən mövsüm Liqa 1-də “Strasburq”un heyətində 27 oyuna çıxıb, 2 qol vurub.

Xəbər xətti