UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək.
Püşkatma mərasimində Azərbaycan çempionu "Sabah"ın da potensial rəqibləri müəyyənləşəcək.
Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.
"Sabah"ın pley-off mərhələsindəki potensial rəqibləri bunlardır:
“Hapoel” (Beer-Şeva, İsrail) – “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Kauno Jalgiris” (Litva) cütünün qalibi
“Seltik” (Şotlandiya)
“Myelbü” (İsveç) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi
AEK (Afina, Yunanıstan)
saytlarin hazirlanmasi
