Tanınmış məşqçi milli komandaya qayıtmaq istəyir

13:46 - 3 Avqust 2026

Lui van Qal yenidən Niderland milli komandasına qayıtmaq ehtimalını istisna etmir.

Sportal.az "De Telegraaf" nəşrinə istinadən xəbər verir ki, 75 yaşlı mütəxəssis mümkün təyinatı Niderland Kral Futbol İttifaqı ilə müzakirə etməyə hazırdır.

​Bildirilir ki, van Qalın səhhəti ona yenidən ən yüksək səviçədə işləməyə imkan verir. Bununla belə, milli komandaya qayıtmaq onun şəxsi təşəbbüsü deyil. Məşqçi yalnız federasiyanın marağı olduğu təqdirdə danışıqlara başlamağa hazırdır.

Təcrübəli mütəxəssis milli komandanın indiki futbolçularının əksəriyyəti ilə yaxşı tanışdır və beynəlxalq futbolu diqqətlə izləməyə davam edir. ​van Qal karyerası ərzində üç dəfə Niderland millisinə rəhbərlik edib. O, 2000–2001, 2012–2014 və 2021–2022-ci illərdə yığmanı çalışdırıb.

Xəbər xətti