"Komo" və "Borussiya" razılıq əldə etdilər - tibbi müayinədən sonra...

00:17 - 5 Avqust 2026

"Komo" və "Borussiya" (Dortmund) sağ cinah müdafiəçisi Yan Koutonun transferi ilə bağlı şifahi razılıq əldə ediblər.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, İtaliya klubu 24 yaşlı braziliyalını 2 milyon avro qarşılığında icarəyə götürəcək və  müqaviləyə 20 milyon avrodan çox məbləğə satınalma hüququ daxil ediləcək.

Kouto çərşənbə günü tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya yollanacaq.

2025/26 mövsümündə Yan Kouto Bundesliqada 19 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib və 4 sarı vərəqə alıb.

Xəbər xətti