Azərbaycanlı futbolçu Zamiq Əliyevin də formasını geyindiyi “Eqnatiya” Avropa Liqasında 3-cü təsnifat mərhələsində “Şemrok Rovers” qarşısına çıxıb.
Sportal.az xəbər verir ki, İrlandiyada baş tutan ilk görüşdə ev sahibi 3:1 qalib gəlib.
Zamiq bu matçda meydana start heyətində çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
Cavab görüşü 1 həftədən sonra Albaniyada keçiriləcək.
“Şemrok Rovers” – “Eqnatiya” 3:1
Qollar: Bure 29(p), Lopes 55, Qrin 57 – Xayme 41
