"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev "Lokomotiv"i çalışdıra bilər.
Sportal.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı futbol agenti Timur Qurtskaya bildirib.
Moskva klubunun baş məşqçisi Mixail Qalaktionovun istefası ilə bağlı danışan Qurtskaya qeyd edib ki, "Lokomotiv" onu Berdiyevlə əvəzləmək niyyətindədir:
"Bu, futboldur. İnanmıram, amma Kurban Berdiyev haqqında danışırlar. Berdiyev haqqında şayiələr eşitmişəm. Bəli, o, Azərbaycan çempionatında işləyir, amma onu oradan, məsələn, "Axmat"dan Çerçesovdan daha asan əldə etmək olar".
saytlarin hazirlanmasi
