Azərbaycan yığmasına yeni baş məşqçi təyin edildi, bu ölkəyə yollandı - FOTO

10:18 - 31 Avqust 2026

Azərbaycanın U-19 yığma komandasına yeni baş məşqçi təyin edilmiş Elgiz Kərəmli Gürcüstanda olub.

Sportal.az xəbər verir ki, bununla bağlı gənc mütəxəssis özü sosial şəbəkə hesabında paylaşım edib.

Kərəmli “Qarabağ”ın 19 yaşlılardan ibarət heyətinin “Dinamo”dan (Tbilisi) olan həmyaşıdlarına qarşı hər iki yoxlama matçını izləyib. O, milliyə namizəd ola biləcək futbolçuları yaxından izləmək istəyib. Bununla yanaşı isə o, “Qarabağ”ın U-15 komandasının “Dinamo”ya qarşı görüşlərinə də baxıb.

Beş günlük Gürcüstan səfərindən sonra 34 yaşlı mütəxəssis vətənə geri qayıdıb. Qeyd edək ki, Elgiz Kərəmli ötən mövsüm I Liqada “Şəfa”nın baş məşqçisi kimi çempionluq yaşamışdı. 


Mirbağırağa

Xəbər xətti