Rəşad Sadıqov "Zirə"də 200-ə çatdı

13:48 - 31 Avqust 2026

Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Misli Premyer Liqasında 200-cü oyununu keçirib.

Sportal.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi mütəxəssisin rəhbərliyi altında yubiley qarşılaşmasında "Neftçi"ni III turda 1:0 hesabı ilə məğlub edib.

2020-ci ilin yayından "Zirə"yə rəhbərlik edən mütəxəssisin başçılıq etdiyi kollektiv 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə məğlub olub.

Bu matçlarda 247 qol vuran komanda qapısında 187 top görüb.

Qeyd edək ki, R.Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də "Qəbələ" ilə səfər görüşündə (1:1) gerçəkləşib.

Xəbər xətti