İngiltərə millisinin forvardı Səudiyyə Ərəbistanı klubunda

14:48 - 31 Avqust 2026

"Əl-Hilal" İngiltərə millisinin və "Aston Villa"nın hücumçusu Olli Votkinsi transfer etdiyini açıqlayıb.

Sportal.az xəbər verir ki, 30 yaşlı futbolçu Səudiyyə Ərəbistanı klubu ilə üç illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. Votkinsin Səudiyyə Ərəbistanı Premyer Liqasında "Əl-Əhli" ilə oyundan əvvəl komandanın məşqlərinə qoşulacağı gözlənilir.

30 yaşlı hücumçu “İkzeter Siti”, “Brentford” klublarında oynayıb.

Xəbər xətti