"Arsenal"ın yarımmüdafiəçisi Etan Nvaneri karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu "Borussiya"ya keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Dortmund təmsilçisi Nvanerini icarəyə götürəcək. "Borussiya" 19 yaşlı hücumameyilli yarımmüdafiəçinin maaşını ödəyəcək.
Qeyd edək ki, Etan Nvaneri "Arsenal"ın yetirməsidir. İngiltərə U-21 millisinin üzvü 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Marsel"də çıxış edib. Gənc oyunçu Fransa klubunun heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
