"Mançester Yunayted" UEFA Çempionlar Liqası Liqa mərhələsinin ilk turu çərçivəsində doğma meydanda "Sabah"ı qəbul edəcək.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin baş məşqçisi Maykl Kerrik komandadakı son vəziyyətlə bağlı məlumat verib.
"Everton"la matçda zədələnən Markus Reşfordun durumu yaxşıdır. İngiltərəli vinger kollektivlə birlikdə məşq edib və oynamağa hazırdır. Müdafiəçi Lyuk Şou isə ÇL oyununda meydana çıxmayacaq.
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" qarşılaşması ayın 10-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
saytlarin hazirlanmasi
