“Zirə”nin qapıçısı Aydın Bayramov Misli Premyer Liqasının 4-cü turunun “Sabah”a qarşı (5:0) görüşündəki məğlubiyyəti şərh edib.
Sportal.az-a açıqlama verən qolkiper komandasının növbəti turdakı “Qarabağ”la görüşündən gözləntilərini də bölüşüb:
“Təbii ki, üzücü məğlubiyyət idi. Bu matçı təhlil etməliyik. Bu nəticəni "Neftçi" üzərində qələbədən sonrakı eyforiya ilə əlaqələndirməzdim. Hazırlıqlı və motivasiyalı idik, amma nəticə belə alındı. Çətin qrafikimiz var. Qarşıda daha bir çətin oyun olacaq. O da “Qarabağ”a qarşı.
"Sabah"a məğlubiyyət bizi ruhdan salmayacaq. Növbəti oyuna qələbə üçün çıxacağıq. Düşünürəm ki, yaxşı hazırlaşa və yaxşı oyun göstərə bilərik".
Mirbağırağa
