"Leyptsiq"in müdafiəçisi Kastello Lyukeba karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Barselona" fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Kataloniya nəhənginin baş məşqçisi Hans-Diter Flik 23 yaşlı mərkəz müdafiəçisini "göy-qırmızılılar"ın əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib.
Kataloniyalılara müdafiəçini heyətinə qatmağa Londonun "Arsenal" və "Çelsi", eləcə də futbolçunun çıxışlarını yaxından izləyən "Mançester Yunayted" klubları mane ola bilər.
Qeyd edək ki, "Leyptsiq" Kastello Lyukebanı 2023-cü ilin yayında "Lion"dan 30 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
