"Mançester Sini"nin sahibi olan "City Football Group" (CFG) holdinqi Kolumbiyanın "Millonarios" klubunu almağı nəzərdən keçirir.
Sportal.az xəbər verir ki, potensial sövdələşmənin dəyəri təxminən 78 milyon funt-sterlinq ola bilər. Bu barədə "Bolavip" nəşri məlumat yayıb.
CFG klubun alınması ilə bağlı təklif irəli sürmək imkanlarını öyrənir. Əgər razılaşma baş tutarsa, "Milyonarios" holdinqin qlobal futbol şəbəkəsində Cənubi Amerikanın növbəti təmsilçisi olacaq.
"City Football Group"un strukturuna artıq "Mançester Siti", "Jirona", "Palermo", "Nyu York Siti" və "Bahia", eləcə də müxtəlif ölkələrdən olan bir sıra digər klublar daxildir.
Bu, "City Football Group"un "Milyonarios"un mümkün alınması ilə əlaqələndirildiyi ilk hal deyil. Əvvəlki maraq davam etməmişdi.Çünki həmin vaxt Kolumbiya klubu satış imkanını nəzərdən keçirmirdi.
Bu yaxınlarda "Milyonarios" klubun alınması ilə bağlı başqa bir təklifi də rədd edib. Belə ki, "Amber" və "Kapital" qrupları təxminən 65 milyon dollar ödəməyə hazır idilər.
Hazırda nə "Milyonarios", nə də "City Football Group" yeni təkliflə bağlı məlumatı rəsmi şəkildə təsdiqləyib. Buna görə də vəziyyət xəbərlər və şayiələr səviyyəsində qalır. Klubun beynəlxalq holdinqin nəzarəti altına keçməsi ehtimalı isə Kolumbiya futbolu tarixində ən böyük investisiyalardan birinə çevrilə bilər.
saytlarin hazirlanmasi
