Azərbaycanda "Bakı" və "Xəzər Lənkəran"da çalışmış, hazırda Türkiyədə “Serikspor”da baş məşqçi olan Cüneyt Biçer Sportal.az saytına açıqlama verib.
O, “Bursaspor”un formasını geyinən Toral Bayramov və “Erzurumspor”da oynamaq şansı tapmayan Nəriman Axundzadənin durumunu dəyərləndirib:
“Hər iki oyunçu üçün də bu, asan period deyil. Onlar komandalarına yeni qoşulublar və uyğunlaşmaları üçün müəyyən zamana ehtiyacları var. “Bursaspor” çempionluq uğrunda, “Erzurumspor” isə yeni yüksəldiyi Super Liqada möhkəmlənmək üçün mübarizə aparır. Bu baxımdan, belə vəziyyətlərin yaşanması normaldır. Zaman keçdikcə hər iki oyunçunun komandalarında daha çox forma şansı qazanaraq öz töhfələrini verəcəyinə inanıram".
Mirbağırağa
