“Real" Kilian Mbappenin zədələndiyini açıqlayıb.
Sportal.az xəbər verir ki, hücumçu Millətlər Liqasının ilk turunda Türkiyəyə qarşı keçirilən və Fransanın 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda dizindən zədə aldıqdan sonra Fransa millisinin düşərgəsini tərk edib. Mbappe zədəni qol vurduğu epizodda alıb.
“Bu gün keçirilən tibbi müayinədən sonra “Real"ın futbolçusu Kilian Mbappeyə sol dizinin arxa kapsulunun hiperekstensiyası (həddindən artıq gərilməsi) diaqnozu qoyulub. Futbolçunun vəziyyəti dinamik şəkildə izləniləcək”, — deyə “Real"ın rəsmi açıqlamasında bildirilir.
Qeyd edək ki, Mbappenin bərpa müddətinin təxminən iki həftə olacağı gözlənilir.
saytlarin hazirlanmasi
