Çexiyanın U-21 yığma komandasının yarımmüdafiəçisi Tomaş Elenik UEFA AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda Masazırda Azərbaycanla 1:1 hesablı bərabərə qalmaqları haqda danışıb.
Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, çex futbolçu Bakıda qalib gələ bilməmələrinə bu cür şərh verib:
“Təəssüf ki, üç xal qazana bilmədik. Xüsusilə ilk hissədə fürsətlərimiz var idi ki, bundan istifadə etmək olardı. Təəssüf ki, Azərbaycan yığması fasiləyə az qalmış hesabı bərabərləşdirdi və ikinci hissədə qol vura bilmədik. Matçı nəzarətdə saxladıq, amma keyfiyyətli sonluq çatışmadı”.
saytlarin hazirlanmasi
