"Qəbələ"nin əvəzediciləri vətənə sülhlə qayıtdı

"Qırmızı-qaralar"dan qolsuz heç-heçə

 

Gürcüstanda son yoxlama oyununu keçirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası vətənə dönüb.
 
Sportal.az xəbər verir ki, son oyunda "qırmızı-qaralar" Tsixinvali "Spartak"ı ilə qarşılaşıb. Hər iki tərəfin səylərinə baxmayaraq, matçda hesab açılmayıb - 0:0. 
 
Xatırladaq ki, "Qəbələ" toplanış çərçivəsində bu görüşə qədər daha 3 oyun keçiriblər. "Mark Stars of Georgia" (2:1) və Tbilisi "Dinamo"suna (2:0) qalib gələn təmsilçimiz "VİT Georgia" kollektivinə (0:4) məğlub olub. 
Tarix: 28 İyul [04:58]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 İyul 2020
14  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio