"Real" "Barselona"nı məğlub edərək kuboka qovuşdu VİDEO

10:24 - 17 Aprel 2014

"Barselona" məğlubiyyətlə barışmalı oldu
 
İspaniya kubokunun yeni qalibi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, həlledici görüşdə əzəli rəqiblər - "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gəlib.
 
La Liqada çempionluq uğrunda amansız mübarizə aparan komandalar bu dəfə kubokda münasibətlərinə aydınlıq gətiriblər.
 
Valensiyanın "Mestalla" stadionunda keçirilən görüşdə Madrid klubu 2:1 hesabı ilə qalib gələrək İspaniya kubokunu qazanıb..
 
 
16 aprel
 
00:30. "Barselona" - "Real" (Madrid)  1:2 
Qollar:  Bartra, 68 - Di Maria,11, Bale, 85 

Xəbər xətti