"Real Madrid"in əfsanəsi Amerikaya yollandı

11:00 - 8 Oktyabr 2014

37 yaşlı oyunçunun yeni klubu bəlli olub

 

"Real Madrid"in sabiq futbolçusu Raul Qonzalesin yeni klubu Amerikada olacaq.

 

Sportal.az xəbər verir ki, karyerasının son anlarını ABŞ-da keçirəcək futbolçu MLS-də mübarizə aparan "Nyu York Kosmos"la razılıq əldə edib.

 

Əfsanəvi futbolçunun yanvarda yeni komandasının heyətinə qatılacağı gözlənilir. Qeyd edək ki, hücumçunun son klubu Qətər təmsilçisi "Əl Sədd" olub.

Xəbər xətti