Paytaxt klubu "Sumqayıt" üçün başladı

13:09 - 12 Aprel 2016

3 itki ilə...

 

Azərbaycan Premyer Liqasının XXX turunda doğma meydanda "Sumqayıt"la qarşılaşacaq AZAL bu matçın hazırlıqlarına start verib.

 

Klubdan Sportal.az-a verilən məlumata görə, "təyyarəçilər"in heyətində Taqim Novruzov, Kamal Mirzəyev və Seymur Əsədov zədəli durumda olduqlarından növbəti matçı buraxmalı olacaqlar.

 

Qeyd edək ki, AZAL - "Sumqayıt" matçı apreli 17-si saat 19:00-da start götürəcək. 

Xəbər xətti