"Kəpəz" iki legioner transfer etdi

“Kəpəz” qış transfer dövründə heyətinə daha iki əcnəbi futbolçu qatıb.

 

Sportal.az xəbər verir ki, "sarı-göylər" Trinidad və Tobaqodan olan hücumçu Şadon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetskiy ilə müqavilə bağlayıb.

 

Hər iki oyunçu mövsümün sonuna kimi Gəncə klubunda çıxış edəcək. Korotetskiy azad agent kimi komandaya keçib, Vinçester isə Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.  

Tarix: 8 Fevral [18:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Fevral 2020
23  Fevral 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio