"Kəpəz" "Sumqayıt"la oyuna 3 itkiylə çıxacaq

16:57 - 3 May 2018

Topaz Premyer Liqasının 26-cı turunda Gəncədə “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” bu gün keçirdiyi son məşqlə çalışmaları başa vurub.

 

Sportal.az xəbər verir ki, oyunla bağlı əsas hazırlığı doğma meydanda keçirən “sarı-göylər”in məşq prosesi təxminən 50 dəqiqə çəkib. Futbolçular məşqçilər korpusunun təlimatlarına uyğun formada çalışıblar. Məşq ikitərəfli oyunla yekunlaşıb.

 

Qeyd edək ki, Gəncə klubu oyuna itkilərlə çıxacaq. Zədəli olduqlarından Dedimar Ferreyra, Dieqo Souza və Şadon Vinçester sabahkı görüşdə iştirak edə bilməyəcək. Cəza müddətini başa vuran Şəhriyar Əliyev isə yenidən əsas heyətdə şans qazana bilər.

Xəbər xətti