Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib. Sportal.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.
Mərhələ “Dalğa Arena”da başlayıb. Çempionatın autsayderi “Zirə” avrokuboklar iddiasında olan “Səbail”i sınağa çəkib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu İlkin Muradov vurub.
Günün digər görüşü “Balcell Arena”da keçirilib. Topaz Premyer Liqasının lideri “Neftçi” “Sumqayıt”ı qəbul edib. Son turda rəqibinə xal verən ağ-qaralar” bu dəfə də "kimyaçılar" qarşısında aciz qalıb. Roberto Bordinin komandası 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, ilk oyunlara sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Qarabağ” – “Keşlə” matçları ilə yekun vurulacaq.
15 dekabr (şənbə)
17:00 “Zirə” – “Səbail” - 1:0
Qol: İlkin Muradov, 45
Qırmızı vərəqə: Tome Kitanovski, 33
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: Fizuli Nəcəfov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Dalğa Arena”
“Zirə”: 85. Kamal Bayramov, 2. İlkin Qırtımov, 7. Pərdis Fərcad-Azad, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 11. Dilan Duvetru, 26. Miloş Radivoyeviç, 27. Adrian Skarlatake, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 8. Kamal Mirzəyev, 17. Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 77. Mirsahib Abbasov
Baş məşqçi: Samir Abasov
“Səbail”: 1. Emil Balayev, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 18. Aqşin Qurbanlı, 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 60. Fərhad Vəliyev, 11. Ruslan Qurbanov, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 70. Urfan İsmayılov, 17. Elçin Rəhimli, 30. Nazim Kərimli, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
19:00 “Neftçi” – “Sumqayıt” 0:2
Qollar: Əli Babayev, 28, Şəhriyar Əliyev, 90+4
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”.
"Neftçi”: 1. Səlahət Ağayev 18. Tural Axundov 25. Kiril Petrov (k) 5. Anton Krivotsyuk 26. Ömər Buludov 17. Rəhman Hacıyev 6. Qoran Paratski 10. Dario Federiko 93. Soni Mustivar 9. Baqali Dabo 22. Mirabdulla Abbasov
Ehtiyat oyunçular:12. Kamran İbrahimov 28. Slavko Braliç 77. Elvin Sərkərov 33. Ricat Qarayev 21. Məhəmməd Mirzəbəyov 70. Əli Şirinov 7. Namiq Ələsgərov 4. Rəşad Eyubov 37. Vüsal Əsgərov
Baş məşqçi: Roberto Bordin
"Sumqayıt”: 1. Mehdi Cənnətov 2. Rail Məlikov 3. Vurğun Hüseynov (k) 4. Şəhriyar Əliyev 10. Aleksey İsayev 11. Atilla Yıldırım 14. Bəxtiyar Həsənalızadə 21. Arif Daşdəmirov 74. Yusif Nəbiyev 97. Xəyal Nəcəfov 99. Əli Babayev
Ehtiyat oyunçular:15. Orxan Sadıqlı 6. Səbuhi Abdullazadə 7. Cavid Tağıyev 8. Orxan Əliyev 17. Nicat Qurbanov 18. Süleyman Əhmədov 44. Qvanzav Maqomedov 70. Ülvi İsgəndərov 77. Murad Xaçayev
Baş məşqçi: Ayxan Abbasov
saytlarin hazirlanmasi