Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha iki ilk oyunu keçiriləcək.
Sportal.az xəbər verir ki, əvvəlcə yarışın ötən mövsümdəki finalçısı “Qəbələ” Premyer Liqanın debütantı "Sabah”ı qəbul edəcək.
Günün digər oyununda son ölkə çempionu “Qarabağ” Azərbaycan Kubokunun sonuncu qalibi "Keşlə”ni qəbul edəcək.
Xatırladaq ki, bu mərhələnin digər cütlərində "Zirə" doğma meydanda "Səbail"ə 1:0 hesabıyla qalib gəlibsə, "Neftçi" doğma meydanda "Sumqayıt"a 0:2 uduzub.
Azərbaycan Kuboku
1/4 final mərhələsi, ilk oyunlar
16 dekabr (bazar)
14:00 "Qəbələ" - "Sabah" - 1-0
Qol: Filip İvanoviç, 45 (avtoqol)
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov.
Qəbələ şəhər stadionu.
19:00 "Qarabağ" - "Keşlə" - 1:0
Qol: Rahil Məmmədov, 65
Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
saytlarin hazirlanmasi