"Qarabağ" transferi açıqladı: "Görün, kim gəlib?"

17:03 - 18 Dekabr 2018

"Qarabağ"la anlaşan Reynaldo Silva klubun düşərgəsindədir.

 

Sportal.az xəbər verir ki, Qazaxıstanın "Aktobe" klubu ilə müqaviləsi başa çatan braziliyalı yenidən Ağdam təmsilçisində çıxış edəcək. O, ötən gün tibbi müayinədən keçib. "Qarabağ"ın sosial şəbəkə hesabında Reynaldonun yer aldığı "Görün, kim gəlib?" başlıqlı video paylaşılıb. Bu da tərəflər arasında danışıqların müsbət yekunlaşmasından xəbər verir. Müqavilənin şərtləri barədə məlumat verilməyib.

 

Qeyd edəki, 29 yaşlı futbolçu 2013/17-ci illərdə "Qarabağ"da çıxış edib.

 

Xəbər xətti