Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.
Günün ilk matçı “Bayıl Arena”da baş tutub. Burada“Səbail” “Zirə”ni qəbul edib. İlk oyunda 1:0 hesabı ilə qələbə qazanan "Zirə" bu dəfə də meydandan qalib ayrılıb - 3:2. Bu nəticə Samir Abasovun komandasını yarımfinala yüksəldib.
Günün ikinci qarşılaşması isə Sumqayıtda reallaşıb. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə ilk qarşılaşmada 2-0 hesabı ilə qalib gəldiyi “Neftçi”ni qəbul edib. Meydan sahibləri 0:1 hesabı ilə uduzsa da, yarımfinala adlayıb.
Yarımfinalda "Sumqayıt"la "Zirə" qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.
Azərbaycan kuboku
1/4 final mərhələsi, cavab oyunları
19 dekabr (çərşənbə)
16:00 “Səbail” – “Zirə” - 2:3
Qollar: Adrian Skarlatake, 3 (avtoqol), Ruslan Qurbanov, 83 - Adil Nağyev, 45+2, 73, Pərdis Fərcad-Azad, 63
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bayıl Arena”
19:00 “Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Namiq Ələsgərov, 42
Qırmızı vərəqə: Arif Daşdəmirov, 83 ("Sumqayıt")
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
“Kapital Bank Arena”.