Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, günün ilk matçı “Bayıl Arena”da baş tutub. Burada “Səbail” ilk oyunda 0:1 hesabı ilə uduzduğu “Zirə”ni qəbul edib. "Zirə" bu dəfə də meydandan qalib ayrılıb - 3:2. Bu nəticə Samir Abasovun komandasını yarımfinala yüksəldib.
“Səbail” – “Zirə” - 2:3
Qollar: Adrian Skarlatake, 3 (avtoqol), Ruslan Qurbanov, 83 - Adil Nağyev, 45+2, 73, Pərdis Fərcad-Azad, 63
saytlarin hazirlanmasi