Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, "Sabah" "Əlincə Arena"da ilk matçda 0-1 hesabı ilə uduzduğu "Qəbələ"ni qəbul edib. Oyun qonaqların 1-0 hesablı qələbəsiylə başa çatıb. Bu nəticə ilə "Qəbələ" yarımfinala yüksəlib.
Günün digər oyununda isə "Qarabağ" ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Keşlə"nin qonağı olub. Oyun 1-1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə "Qarabağ"ı yarımfinala yüksəldib.
Yarımfinal cütlükləri:
"Qəbələ" - "Qarabağ"
"Zirə" - "Sumqayıt"
Azərbaycan kuboku
1/4 final mərhələsi, cavab oyunları
20 dekabr (çərşənbə axşamı)
16:00 “Sabah” – “Qəbələ” - 0:1
Qol: Ceyms Adeniyi, 80
Qırmızı vərəqə: Erik Ramos, 84 ("Sabah")
İlk oyun: 0-1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Əlincə Arena”
19:00 “Keşlə” – “Qarabağ” - 1:1
Qollar: Amil Yunanov, 29 - Miçel, 50
Qırmızı vərəqə: Yakub Jezniçak, 90 ("Qarabağ")
İlk oyun: 0-1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASK Arena”.