U-21 millimizin üzvü Ozancan Kökcünün qardaşı Orkun Kökcü Hollandiya mətbuatına müsahibə verib.
Sportal.az xəbər verir ki, AFFA-nın diqqət mərkəzində olduğu iddia edilən futbolçu milli komanda məsələsi ilə bağlı hələ qərar vermədiyini deyib. Hollandiyanın U-19 yığmasında çıxış edən Kökcü Türkiyə millisindən dəvət aldığını desə də, Azərbaycanın adını çəkməyib: "Qərarımı verməmişəm. İndi buna ehtiyac duymuram. Türkiyədən də təklif almışam. Mən Hollandiya yığmasını seçəndən sonra onlar mənimlə əlaqə saxlamışdılar. Hollandiya yığmasında oynamaq qərarım gələcək üçün qəti deyil. Hollandiya yığmasının U-19-u Türkiyə millisindən daha yaxşı formalaşıb. Yekun qərarımda tələsmək istəmirəm".
Adı PSJ, "Çelsi", "Tottenhem", "Beşiktaş" və "Arsenal"la hallanan 17 yaşlı yarımmüdafiəçi gələcəyi barədə danışıb: "Başımda bir planım var. Öncə "Feyenoord"da uğurlu karyera yaşamaq istəyirəm. Daha sonra isə Avropanın iddialı klublarında şansımı sınamaq istərdim. İspaniya La Liqasına getməyi seçərəm. Əlbəttə, İngiltərədə də oynamaq xoş olar. Ancaq İspaniyanın oyun tərzimə uyğun olduğunu düşünürəm. Hələ karyeramın startındayam. İndiki vəziyyətdə "Feyenoord"a köklənməliyəm".
Orkun "Feyenoord"da əfsanəvi Robin van Persidən çox şey öyrəndiyini deyib: "Van Persi hər zaman mənə nəsihətlər verir. Hər zaman başımı dik tutub, irəlini düşünməli olduğumu nəzərimə çatıdırır. Sözün düzünü deyirəm, Robin mənimlə çox maraqlanır. Digər təcrübəli oyunçular da gənc futbolçulara məsləhətlər verirlər".
Qeyd edək ki, "Qroningen"in yetirməsi 2014-cü ildə "Feyenoord"un akademiyasınna keçib. Orkun əsas komandada iki oyun keçirib və bir qol vurub.
saytlarin hazirlanmasi