Riçard Almeydadan "Qarabağ" AÇIQLAMASI

12:37 - 22 Dekabr 2018

Adı "Qarabağ"la hallanan "Astana"nın yarımmüdafiəçisi Riçard Almeyda yayılan şaiyələrə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü sports.kz saytına açıqlamasında xəbərlərdən məlumatlı olmadığını deyib: "Mən bu barədə heç nə bilmirəm. "Astana" ilə müqaviləm davam edir. Qazaxıstanda mövsüm bitdiyi üçün Braziliyada dincəlirəm".

 

Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi 2012-2018-ci illərdə "Qarabağ"da çıxış edib. Millimizin üzvü yayda "Astana" ilə 2 illik müqavilə bağlamışdı.

Xəbər xətti