"Zirə"nin tarixində ən çox oyun keçirən (103) Adil Nağıyev gözlənilməz qərar verib.
23 yaşlı müdafiəçi "Zirə"dən ayrılmaq qərarı verib. Sportal.az saytına danışan millimizin üzvü klubdan getməyə qərar verdiyini və təklifləri dəyərləndirdiyini qeyd edib.
Nağıyevlə "Sumqayıt" yaxından maraqlanır. Hazırda "gənclik şəhəri" təmsilçisi "Zirə" ilə Adilin keçidini müzakirə edir.
Qeyd edək ki, Adil "Zirə"də 2015-ci ildən çıxış edir.
saytlarin hazirlanmasi