Orxan Sadıqlı ilə icarə müqaviləsi başa çatan "Sumqayıt" Mehdi Cənətovla rəqabət aparmaq üçün qapıçı axtarışındadır.
Sportal.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Zirə"nin əlcək sahibi Kamal Bayramovu heyətinə cəlb etmək istəsə də, bu, keçid baş tutmayıb. "Qartallar"ın baş məşqçisi Samir Abasov 33 yaşlı qolkiperə ehtiyac duyduğu üçün bu transferə əngəl olub. Bu səbəbdən də Kamal "Zirə"də qalacaq və onun "Sumqayıt"a transferi suya düşüb.
Qeyd edək ki, Kamal Bayramov 2015-ci ildən "Zirə"nin uğurları üçün çalışır.
saytlarin hazirlanmasi