"Qəbələ"nin liderlərindən biri olan Stiven-Jozef Monrozun adı "Neftçi" ilə hallanırdı. Bundan əlavə, "qırmızı-qaralar"ın qapıçısı Aqil Məmmədov da açıqlamasında "Neftçi"dən təklif aldığını söyləyib.
Məsələ ilə bağlı komandanın meneceri Səbuhi Səfiyarlı Sportal.az saytına açıqlama verib. Klub rəsmisi Aqil Məmmədovun "Qəbələ"dən ayrılmaq istəməsini təsdiq edib. Səfiyarlı bildirib ki, Monrozun klubla müqaviləsi var və komandada qalacaq: "Hələ ki, rəsmi nəsə yoxdur. Sadəcə, Aqil bildirdi ki, oynamaq istədiyi yerə getmək istəyir, burada ehtiyatda qalıb. Monrozun isə bizimlə müqaviləsi var və komandada qalacaq".
Qeyd edək ki, Aqil Məmmədovla Stiven-Jozef Monroz 2017-ci ildən "Qəbələ"də çıxış edirlər.
saytlarin hazirlanmasi