Orxan Sadıqlı ilə icarə müqaviləsi başa çatan "Sumqayıt" Mehdi Cənətovla rəqabət aparmaq üçün qapıçı axtarışındadır. "Gənclik şəhəri" təmsilçisi "Neftçi"nin qolkiperi Rəşad Əzizlini transfer etməyə yaxındır.
Sportal.az saytına açıqlama verən paytaxt klubunun qapıçısı "Sumqayıt"dan təklif aldığını təsdiq edib:
"İndi istirahətdəyəm. Ancaq ayrılıq reallaşmayıb, "Neftçi"nin futbolçusuyam. Rəsmi nəsə yoxdur. "Sumqayıt"dan mövsümün gedişində təklif var idi. İndi dəqiq nəsə deyə bilmərəm".
Ötən mövsüm Tərlan Əhmədovun rəhbərliyi altında uğurlu çıxış edən və milli komandaya qədər yüksələn 24 yaşlı əlcək sahibi cari mövsüm Roberto Bordindən şans qazanmadı. Əzizli bu qərarın ona da maraqlı gəldiyini bildirib:
"Bu qərar mənim özümə də maraqlıdır. Yəqin baş məşqçi belə istəyib, bu, onun qərarıdır. Yəqin ki, Roberto Bordinin xoşuna gəlməmişəm".
saytlarin hazirlanmasi