"Qarabağ"da icarə əsasında çıxış edən Rövlan Muradov müqavilə ilə məxsus olduğu "Qəbələ"yə qayıdıb.
Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü sosial şəbəkə hesabında "qırmızı-qaralar"a qayıtdığını bəyan edib.
Qeyd edək ki, Muradov "Qəbələ"nin yetirməsidir. O, mövsümün əvvəlində "Qarbaağ"a icarəyə verilib. Rövlan Çexiyanın "Slaviya" klubunda da icarə əsasında çıxış edib.