Yunanıstanın PAOK klubunun müdafiəçisi Yevgeni Xaçeridi karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu Macarıstan, Rumıniya və Azərbaycan klublarından təklif alıb. Ukrayna millisinin üzvünü almaq istəyən Premyer Liqa klubumuzun adı isə açıqlanmayıb.
Xaçeridinin PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi var.
Qeyd edək ki, Xaçeridi PAOK-a yayda Kiyev "Dinamo"sundan keçib. Onun transfer qiyməti 2,5 milyon avro dəyərindədir.
saytlarin hazirlanmasi