"Ayrılıq söhbəti var. Mən də hazırda gözləyirəm. İndi danışıqlar gedir. Rəsmi olaraq "Sumqayıt"ın futbolçusuyam".
Sportal.az saytına açıqlamasında bu sözləri "Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib. "Zirə"yə transferi an məsələsi olan futbolçu uzun illər çıxış etdiyi klubdan ayrılmaq qərarını bu cür izah edib:
"Futbol belədir. Bir gün bu komdandada, sabah başqa yerdəsən. Yəqin ki, həmin məqam yetişib. Ab-havanı dəyişmək vaxtı çatıb".
25 yaşlı milli üzvü sabiq baş məşqçisi Samir Abasovun "Zirə"də olmasının qərarına təsir etdiyini deyib:
"Samir Abasovun da "Zirə"də olması qərarımda önəmlidir. Yəqin ki, o da mənim transferimə razılıq verib. Buna görə bu söhbətlər ortaya düşüb. Sözün düzü, baş məşqçi məsələsi mənim üçün fərq etmir. Nə olacağını biləcəyik".
Qeyd edək ki, "Zirə" və "Sumqayıt" Adil Nağıyevlə Bəxtiyar Həsənalızadəni dəyişməklə bağlı danışıqlar aparır.
saytlarin hazirlanmasi