"Qarabağ"ın zədəliləri fərdi məşqlərə başladı FOTOLAR

11:17 - 19 Yanvar 2019

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam klubu günü tək məşqlə başa vurub. Axşam saatlarında olan çalışmada futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Daha sonra qapıya zərbələri yerinə yetirən komanda ikitərəfli oyunla məşqi yekunlaşdırıb.

 

Zədəli futbolçular - Reynaldo Silva və Hacıağa Hacılı fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

 

Xəbər xətti