"Sumqayıt" daha bir keçidini rəsmiləşdirib.
Sportal.az "sport1.maariv.co.il" saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi İsrailin "Hapoel" (Təl-Əviv) klubundan Əmir Ağayevi rənglərinə bağlayıb. 26 yaşlı hücumameyilli yarımmüdafiəçi "Sumqayıt"la 1,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Əmir Ağayev İsrailin "Bney Yehuda" klubunun yetirməsidir. İsraildə doğulan futbolçu Kiprin "Omonia" klubunda 2016/17 mövsümündə legioner karyerası yaşayıb. Əmir "Hapoel"ə 2018-ci ildə "Beytar"dan keçib. Ağayev İsrailin U-19 və U-21 yığmalarının şərəfini qoruyub.
saytlarin hazirlanmasi