"Qarabağ"ın media mənsubları üçün açıq məşqi baş tutub.
Sportal.az xəbər verir ki, məşqdən öncə Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərə müsahibə verib.
- Oyuna hazırsınız?
- Komandada hər kəs oyuna hazırdır. Heyətimizdə ciddi problem yoxdur. Deyərdim ki, son illərin ən yaxşı “Neftçi”sinə qarşı oynayacağıq. Biz futbolçular hər zaman çempionatda belə oyunları gözləmişik ki, belə matçların sayı artsın. Tarixi oyunlardan biridir. Təlim-məşq toplanışını yaxşı keçmiş sürətli komanda ilə qarşılaşacağıq. “Neftçi” çempionatda liderdir. Lider qarşı oynamaq çətin və məsuliyyətlidir. Ümid edirəm ki, bu oyuna yaraşan şəkildə çıxış edəcəyik.
- Rəqibdən ən çox nədən çəkinirsiniz?
- Onların sürətli oyunçuları var. Ən təhlükəli amil də budur.
- Dario Frederiokunun “Neftçi”dən ayrılması rəqib üçün böyük itki hesab etmək olar?
- Belə düşünmürəm. “Neftçi”nin yaxşı transferləri var. Onun gedişi rəqibimiz üçün problem olmaz.
- Məlum müsahibəniz müzakirələrə səbəb oldu. Azarkeş və jurnalistlərin milli və “Qarabağ”ın üzvlərini tənqid etmək haqqı varmı?
- Xeyr, yəqin ki, siz də razılaşarsınız ki, bir adamın başqasını təhqir etməyə haqqı yoxdur. Ancaq müsahibəmdə qeyd etmişəm ki, tənqidlər bizi daimi inkişafa aparacaq. Haqlı tənqidlər inkişafıma xeyirdir. Orda anlaşılmayan məsələ var idi. Kosovo ilə oyundakı məğlubiyyətətdən sonra azarkeşlərin bizi tənqid etməsindən danışmışam. Onların haqlı iradları işimizə məsuliyyətlə yanaşmağa kömək olub. Sadəcə, tənqidlərdən söhbət gedib. Ola bilər ki, fikrimi tam çatdırmamışam, anlaşılmayıb.
- Futbolçular zəif çıxış edən tənqid olmamalıdır?
- Haqlı tənqidlər inkişafımıza faydalıdır. Söhbət təhqirdən düşmüşdü, ona münasibət bildirmişdi. Bizi tənqid etmək jurnalistlərlə azarkeşlərin ən böyük haqqıdır. Çatışmayan cəhətlərimiz olsa, tənqidlərə, iradlara açığıq.
saytlarin hazirlanmasi