Rəşad Sadıqov: "Psixoloji üstünlük "Neftçi"dədir"

17:30 - 31 Yanvar 2019

"Bizim komanda həmişə daxili atmosferə önəm verir, mehriban kollektivimiz var. Həmişə deyib-gülürük, daxildə mehribanıq. Bu, rəqibin "Neftçi" olmasına görə deyil. Dəyişən bir şey yoxdur".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov jurnalistlərə açıqlamasında Topaz Premyer Liqasının XV turunda qarşılaşacaqları "Neftçi" ilə matç barədə söyləyib. Təcrübəli müdafiəçi psixoloji üstünlüyün "Neftçi"nin tərəfində olduğunu vurğulayıb:  "Əgər analiz etsək, psixoloji üstünlük "Neftçi"dədir. İkinci dövrənin favoritlərindən biridir və bizi 3 xal qabaqlayırlar. Son oyunu da onların meydanında keçirəcəyik. Bunu da düşünmüşük. Oyuna yaxşı köklənə bilmişik. Bilirik ki, çətin olacaq. İstəyirik durumu xeyirimizə düşək. Son illər belə vəziyyətə düşməmişdik. Futbolda belə hallar olur. Bu o demək deyil ki, həmişə xal fərqində öndə olmalısan və ya geridə olanda təslim olmalısan. "Neftçi" hazırda yaxşı formadadır. Yoxlama görüşlərinə baxmışıq. Bəzi transferlər də ediblər. Bütün komandalar iddialı hazırlaşırlar, hamı transfer edir. 14 oyun çətin keçəcək, biz də bunu anlayırıq".

Xəbər xətti