"Neftçi"dən ayrılan Dario Frederiko Cənubi Koreyanın “Daequ” klubuna transfer oldu.
Klubun rəsmi saytı bu barədə məlumat yayıb. Müqavilənin detalları barədə isə bilgi verilməyib.
Sportal.az sportalkorea.com-a istinadən xəbər verir ki, bu keçid “Daequ”ya 130 min avroya başa gəlib. 27 yaşlı vinger komandanın Çindəki təlim-məşq toplanışına qatılıb.
Frederiko mövsümün əvvəlində “Kəpəz”dən "Neftçi"yə keçmişdi. O, "ağ-qaralar"ın heyətində 17 oyunda 3 qol vurub. Dario daha öncə Cənubi Koreyanın "Sonnam" klubunda top qovub.
saytlarin hazirlanmasi