"Keşlə" mövsümün gedişində heyətinə cəlb etdiyi Samba Diallo Quydileye ilə yolları ayırıb.
Sportal.az xəbər verir ki, Mavritaniya millisinin üzvüylə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Diallo intizamsız hərəkətlərinə görə Tərlan Əhmədovun gözündən düşüb. Baş məşqçi ona heyətdə düşünmədiyini və yeni klub tapmalı olduğunu söyləyib. Futbolçu isə "Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundova şikayət edərək, Antalya toplanışına qoşulmuşdu. Lakin Əhmədov Sambaya şans verməyəcəyini diqqətə çatıdırıb. Belə olan halda isə futbolçu paytaxt klubundan ayrılmaq qərarına gəlib.
29 yaşlı yarımmüdafiəçi karyerası ərzində Fransanın "Nansi”, "Şatoru”, "Trua” və "Brest”, eləcə də Kiprin AEL, Türkiyənin "Gənclərbirliyi" komandalarında oynayıb.
saytlarin hazirlanmasi