“Qarabağ”ın Azərbaycan Premyer Liqasının 17-ci turunda “Qəbələ”ni 2:1 hesabıyla məğlub etdiyi qarşılaşma Ağdam klubunun futbolçusu Riçard Almeyda üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, bu matçın 4-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan yarımmüdafiəçi 316 gün sonra yenidən “Qarabağ” formasıyla fərqlənib.
Sonuncu dəfə ötən ilin aprelin 7-si baş tutan “Səbail”lə oyunda qol vuran Almeyda bu komandada qol sayını da 51-ə çatdırıb.
saytlarin hazirlanmasi