Mart ayında AÇ-2020-nin seçmə mərhələsinə start veriləcək. Milli komandamız ilk oyununu səfərdə Xorvatiyaya qarşı keçirəcək.
Sportal.az sportske.jutarnji.hr saytına istinadən xəbər verir ki, millimizin rəqibində itkilər var. Belə ki, xorvatların heyətində Şime Vrsalko, Yosip Pivariç, Antonio Miliç, Matey Mitroviç, İvan Ştriniç zədəli, Deyan Lovren isə cəzalıdır. Vrsalko, Pivariç və Lovrenin millimizə qarşı oynamacağı dəqiqdir. Digər futbolçuların durumları isə qeyri-müəyyəndir.
Xorvatiya mətbuatı millinin baş məşqçisi Zlatko Daliçin Azərbaycan və Macarıstanla görüşlərdə meydana buraxacağı ehtimal 11-lik hazırlayıb.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də başa tutacaq.
saytlarin hazirlanmasi