"Qarabağ"dan "Yuventus"a atmaca

13:53 - 21 Fevral 2019

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində evdə "Yuventus”u 2:0 hesabı ilə məğlub edən "Atletiko” üstünlük qazanıb.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində "Atletiko”nun rəqibi olmuş "Qarabağ”ın rəsmi "facebook” səhifəsi maraqlı paylaşım edib. Ağdam təmsilçisi paylaşımda "Yuventus”a "ilişib”. "Qarabağ"ın sosial şəbəkə hesabı Madriddə "Atletiko"ya vurduğu qolun videosunu paylaşaraq, bu sözləri qeyd edib: "Yuventus", "Atletiko"ya necə qol vurulduğunu görmək istəyirsiz? Miçel, bəlkə bir oyun(luq)?"


Xatırladaq ki, "Qarabağ” ötən mövsüm ÇL-də "Atletiko" ilə evdə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçə etmişdi.

 

Xəbər xətti