Milli komandamızın sabiq futbolçusu, hazırda "Qarabağ"da məşqçi kimi çalışan Zaur Tağızadənin 40 yaşı tamam olur.
Zaur Tağızadə 21 fevral, 1979-cu ildə Bakıda doğulub. Mövqeyi yarımmüdafiəçi olub. Karyerası ərzində İslandiyanın “Akranes”, Estoniyanın “Lelle”, “Flora” (Tallin) və Azərbaycanın “Kür-Nur” (Mingəçevir”, “Şəfa”, MOİK və Neftçi klublarında oynayıb. Milli komandamızın aparıcı üzvlərindən olub, 40 oyuna 6 qol vurub.
Zaur Tağızadə 1999-cu ildə Avropa çempionatının seçmə matçında Bakıda Portuqaliya millisinə qol vurub.
Təbrik edirik!
saytlarin hazirlanmasi