Amit Quluzadənin yeni klubu rəsmən bəlli oldu

22:22 - 22 Fevral 2019

Ötən yay Kosovonun "Drita" komandasından ayrılan Amit Quluzadənin klubsuz günləri başa çatıb.

 

Sportal.az xəbər verir ki, millimizin sabiq yarımmüdafiəçisi karyerasını Bosniya və Herseqovinada davam etdirəcək. 26 yaşlı futbolçu yüksək liqada çıxış edən "Çelik" klubu ilə müqavilə imzalayıb. Amit yeni klubunda 18 nömrəli formanı geyinəcək.

 

Quluzadə "Çelik"in Antalyadakı toplanışında daha əvvəl iştirak etsə də, transfer baş tutmamışdı. Lakin baş məşqçi Adnan Örnəkin istəyilə Amitin transferində xoş sonluq əldə edilib.

 

Qeyd edək ki, Amit ölkəmizdə “Neftçi”, "Rəvan", “Qəbələ”, "Səbail" və “Sumqayıt”da çıxış edib. O, Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL və Portuqaliyanın "Atletiko" klublarının da şərəfini qoruyub.

Xəbər xətti