Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.
Sportal.az xəbər verir ki, tura Qəbələdə start verilib. "Qəbələ" doğma meydanında "Keşlə"ni qəbul edib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Günün digər matçında son çempion "Qarabağ" debütant "Sabah"ın qonağı olub. Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
23 fevral (şənbə)
“Qəbələ” – “Keşlə” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 14:00
“Sabah” – “Qarabağ” - 1:1
Qollar: Bədavi Hüseynov, 72 (avtoqol) - Reynaldo Silva, 19
Qırmızı vərəqə: Erik Ramos, 77 ("Sabah")
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”, 16:30